Koronavirus (COVİD-19) pandemiya dövründə onlayn dərslər

Koronavirus (COVİD-19) pandemiya dövründə onlayn dərslər

        Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının,  onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə  Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi təyin edilmişdi. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarları nəzərə Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) uzadılmışdır.

Təhsil Nazirliyinin göstəriş və məsləhətlərinə uyğun olaraq dərslərin müvəqqəti dayandırıldığı nəzərə alınaraq, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində təhsil alan tələbələrə tədris prosesi onlayn təşkil olunur. Tədrisin dayandırıldığı müddət ərzində “Microsoft Teams” proqramında, eyni zamanda “Zoom meeting online” və WhatsApp qrupları vasitəsilə mühazirə materialları yerləsdirilir, video-bağlantı qurmaqla tədris müzakirələri təşkil  edilir. Bu dərslər “Avtomobil nəqliyyatı və energetika”, “Mühasibat uçotu və pedaqogika” “Ekologiya və kompüter”və “Qiyabı” şöbəsələrində tədris alan bütün tələbələrin iştirak etməsi üçün müəllimlərin rolu böyük olmuşdu. Müəllimlər tələbələrdə tədrisə və elmə böyük həvəs yaratmaq istəyi ilə    tələbələrin böyük əksəriyyəti onlayn dərslər prosesinə cəlb etmişdilər. Müəllimlərimiz və tələbələrimiz böyük həvəslə dərslərdə iştirak edir və müsbət qarşılayırlar.

Xüsusi karantin müddətindəi kollecin müəllimləri gənc nəslin həm vətənpərvərlik, həm mənəvi,  həm də zehni inkişafı istiqamətində dayaq olmuş, onların gələcəyə savadlı baxışlarını və həmçinin tələbələrin təlim-tədrisdən qalmamasını təmin etməyə çalışırlar . Məhz bu səbəbdən Ulu öndər Heydər Əliyev “Mən dünyada müəllimdən yüksək ad tanımıram.” kəlamları ilə öz müəllimlərimizi qiymətləndirmək istəyərdim. Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində təhsil alan tələbələr adından onlayn dərslərdə iştirak edən və minnətdarlıqlarını bildirmək üçün  videoçarx  hazırlamışdılar.