20 yanvar faciəsinin 30-cu il dönümü ilə əlaqədar tədbir keçirildi

20 yanvar faciəsinin 30-cu il dönümü ilə əlaqədar tədbir keçirildi

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  24 dekabr  2019-cu il tarixli F-771 saylı məktubuna cavab olaraq kollecimizdə 20 yanvar faciəsinin 30-cu il dönümü ilə əlaqədar olaraq dəyrimi masa təşkil edildi. Burada şəhidlər yad edildi, onların qəhrəmanlığından bəhs edildi. Bildirildi ki, 20 yanvar xalqımızın müstəqillik, azadlıq, demokratiya uğrunda mübarizəsinin təntənəsi, mərdliyi, əzmkarlığı kimi qiymətləndirilməlidir.

Kollecimizin bir neçə müəllim və tələbəsi Sumqayıt şəhərində şəhidlərin xatirəsinə ucaldılmış abidəni, Şəhidlər Xiyabanını ziyarət etdi, abidə önünə gül dəstələri qoydular.

Kollecin akt zalında 20 yanvar faciəsinin 30-cu il dönümü ilə əlaqədar tədbir keçirildi. 20 yanvar şəhidlərinə həsr olunmuş videoçarx nümayiş etdirildi, tələbələrimiz mövzu ilə bağlı çıxışlar etdilər, öz münasibətlərini bildirdilər.