Xocalı soyqırımının 30-ci ildönümü

Xocalı soyqırımının 30-ci ildönümü

Start

End

Hər il olduğu kimi bu tədris ilində də “Xocalı soyqırımının 30-ci ildönümü”nün qeyd edilməsi barədə Tədbirlər Planı hazırlanmış və direktor tərəfindən təsdiq edilmişdir.  25 fevral 2022-ci ildə müəllimlərimiz və tələbələrimiz Şəhidlər xiyabanına getmiş, Xocalı soyqırımı qurbanlarını ziyarət etmişlər. Ziyarət etdikdən sonra kollecimizin akt zalında “Xocalı faciəsinin 3-ci ildönümü”nə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Xocalı faciəsinə həsr edilmiş serlər söyləndi, videocarxlar, səhnəciklər göstərildi. Tədbirdə kollecimizin məzun şəhidi Nuriyev Saleh Səxavət oğlunun anası, Vətən müharibəsində qazi olan Nəsibov Fərid, Həmdullayev Tərlan,Balcanov Əfəndi iştirak etdilər. Qazilərimiz Vətən müharibəsində keçdikləri döyüş yolundan danışdılar, tələbələri maraqlandıran sualları cavablandırdılar.