Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur.

Müsəlman Şərqində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi.

1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimləri-nin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Cümhuriyyətinin üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Cümhuriyyətinin bayrağı qırmızı rəngdəydi. M.Ə.Rəsulzadənin “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ” şuarı altında  nəhayət 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur.  Müstəqilliyimizi bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.Bu səbəbdən  2017-ci il mayın 16-da Prezident İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilib.

Bu sebəbdən bizim kollecdə də 26 oktyabr 2018-ci il tarixdə kollecimizin akt zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubleyi münasibəti ilə yazıçı, araşdırmaçı Dilqəm Əhməd sərgi-mühazirə keçirmişdir. Tərbiyə işləri üzrə direktor müavini Mehman İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə qısa nəzər salaraq bu tədbirlərin keçirilməsinin tarixi əhəmiyyətindən danışdı, Respub-lika Prezidenti tərəfindən 2018-ci ilin “Cümhuriyyət ili” elan olunmasının mahiyyətindən, tələbələrin, gənclərin müstəqillik, dövlətçilik, vətənsevərlik dərkinin vacibliyindən söhbət açdı. Bu tədbirlər axarlı səkildə davam edərək, kollecın direktoru Mətanət Pirquliyeva , bir cox müəllimlərin və  tələbələrin iştirakı ilə tədbirlər olmuş, həmcinin bu tədbirlərdə tələblər tarixi hadisələri özündə xatırladan səhnələr yaratmışdılar.

 

Baxmayaraq ki, Ümumdünya Səhiyyə Təşkilatı son müddətdə koronavirus xəstəliyinə yoluxma hallarının artmaması üçün, virusun çoğrafiyasının genişlənməsini nəzərə alaraq dövlətlər tərəfindən müvafiq preventiv tədbirlərin gücləndirilməsi, eləcə də   müvafiq profilaktik tədbirlər gücləndirilməsi əlaqədar olaraq bütün qarşıdan gələn tədbirlərin təxirə salınması  dayandırılmışdı.

Lakin buna baxmayaraq kollecın hər bir mülləmi onlayn dərs kecdiyi tələbələrlə bu günün qısa tarixinə nəzər yetirir və onun tarixi əhəmiyyəti haqqında məlumat verir.