10.01.2020-ci tarixində SDU-nin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində “Açıq Qapı” günü kecirildi.

Payız  semestrində 10.01.2020-ci il tarixində keçirilən imtahanların gedişinə bir qrup Kütləvi  İnformasiya  Vasitələrinin və  valideynlərin iştirakı ilə baxış keçirilmişdir.

Start

January 10, 2020 - 12:00 am

End

January 11, 2020 - 12:00 am

SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecində 2019/2020-ci tədris ilinin payız  semestrində 10.01.2020-ci il tarixində keçirilən imtahanların gedişinə bir qrup Kütləvi  İnformasiya  Vasitələrinin və  valideynlərin iştirakı ilə baxış keçirilmişdir.

Kollecin  tədris işləri üzrə direktor müavini Əsəd Qurbanov iştirakçılara bildirmişdir ki, kollecdə payız semestrinin imtahanları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2013-cü il 354 nömrəli “Orta ixtisas təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2013-cü il 354 nömrəli “Orta ixtisas təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda dəyişikliklər ediməsi barədə 11 yanvar 2018-ci il 9 nömrəli Qərarına uygun həyata keçirilir.

Kollecdə payız semestrində tədris planlarına uyğun olaraq 10 ixtisas üzrə imtahanların keçirilməsi nəzərdə tutulmuşdur.

Şöbələr üzrə imtahanlar aşağıdakı ixtisaslar üzrə keçiriləcək:

  1. Ekologiya və kompüter şöbəsi:

İxtisaslar:

  1. 040562 Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət”
  2. 040546 Avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram təminatı
  3. 040545 Kompyuter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti
  4. 040580 Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə                     
  5. Mühasibat ucotu və pedaqogika şöbəsi:

İxtisaslar:

  1. 040401 Mühasibat uçotu
  2. 040402 Maliyyə işi
  3. 040569 Tikiş məmulatlarının texnologiyası
  4. 040110 Məktəbəqədər təlim tərbiyə
  5. Avtomobil nəqliyyatı və energetika şöbəsi:

İxtisaslar:

  1. 040529 Nəqliyyatda daşımaların təşkili
  2. 040510 Elektrik təchizatı

 

Sonda jurnalistlərin və valideyinlərin suallarına ətraflı cavab verilmişdir.