28 May Respublika Günü

«Cümhuriyyətimiz» adlı onlayn tədbir

Start

End

27 May 2021-ci il tarixində Sumqayıt Dövlət Texniki Kollecinin Kitabxanası tərəfindən «28 May Respublika Günü» münasibətilə — «Cümhuriyyətimiz» adlı onlayn tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Kitabxana müdiri, yazıçı Günel Eyvazlı açaraq Cümhuriyyət haqqında müfəssəl məlumat verib. Tələbələrə himnimizin yaranma tarixi, atributlarımız, Cümhuriyyət fədailəri haqqında geniş məlumat verib.
Kitabxanaçı Leyla Meybullayeva Cəfər Cabbarlının «Azərbaycan bayrağına» şeirini, kollecin  545-q-20 qrup tələbəsi Elnarə  Məcididova  isə Almas İldırımın «Əsir Azərbaycanım» şeirini səsləndirib. Kitabxanaçı Güllü Alməmmədova tələbələri Kitabxananın Biblioqrafik xülasəsi ilə tanış edib. Yekun olaraq Təlim-tərbiyə işləri üzrə direktor müavini Mehman İsmayılov Cümhuriyyətimiz haqqında, tədbir haqqında xoş fikirlərini söyləyərək onlayn tədbirdə iştirak etmiş tələbələrə, müəllim heyətinə öz təşəkkürünü bildirib. Qeyd edək ki, tədbir zamanı video çarxlar da izlənilib.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *