“9 May – Faşizm üzərində Qələbə” və “10 May – Ümummilli Lider H.Əliyevin doğum günü”nə həsr olunmuş onlayn tədbir

“9 May – Faşizm üzərində Qələbə” və “10 May – Ümummilli Lider H.Əliyevin doğum günü”nə həsr olunmuş onlayn tədbir

Start

End

8 May 2021-ci il tarixində SDU nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin Kitabxanası tərəfindən Microsoft Teams proqramı üzərindən “9 May – Faşizm üzərində Qələbə” və “10 May – Ümummilli Lider H.Əliyevin doğum günü”nə həsr olunmuş onlayn tədbir keçirilmişdir. Onlayn tədbirdə kollecin tələbə və müəllim heyəti iştirak etmişdir.

Tədbiri giriş sözü ilə Kollecin Təlim-tərbiyə işləri üzrə direktor müavini Mehman İsmayılov açaraq tədbir iştirakçılarını salamlamış qeyd olunan tarixi günlər haqqında müfəssəl məlumat vermişdir. Sonra Kollecin kitabxana müdiri, yazıçı Günel Eyvazlı söz alaraq tələbə və müəllim heyətini salamlamış kitabxana haqqında hazırlanmış video çarxı tədbir iştirakçilarına təqdim etmişdir. O, çarxın ardından “Faşizm üzərində qələbə” mövzusunda danışaraq qələbənin qazanılmasında Azərbaycanın, Bakı neftinin rolu haqqında geniş məlumat vermişdir.

Çıxışın ardından kitabxanaçı Leyla Meybullayeva X.R.Ulutürkün “Vur” şeirini söyləyərək Şuşa haqqında geniş məlumat ilə tədbir iştirakçılarını tanış edir.

Tədbirin ikinci bölümü Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuşdur. Söz kollecin tələbəsi, Tələbə Gənclər Təşkilatının sədri İmanzadə Nəzrinə verilir. O, “Dünya miqyaslı siyasətçi” mövzusundə məruzə edir. Ardından H. Əliyev haqqında hazırlanmış video-çarx nümayiş etdirilir.

Tədbir iştirakçılarını Biblioqrafik xülasə haqqında geniş məlumatla kitabxanaçı Güllü Alməmmədova tanış edir. O, kitabxanada yerləşən əyani vəsaitlərlə tələbələrə geniş məlumat verərək, kitabxananın vacibliyi haqqında çıxış edir.