Kollecin kitabxana müdiri, pedaqoq, yazıçı Günel Eyvazlı tələbələrə məhsuldar və faydalı kitab oxumağın vacibliyindən söz açıb. O, gün ərzində mütaliəyə həsr olunmuş zamanın vaxt itkisi olmamasını önə çəkərək, mütaliə vərdişlərinə necə yiyələnmək, kitabların yaş kateqoriyasına əsasən şəxsin psixoloji durumuna uyğun olaraq tənzimlənməsi kimi məsələlərə toxunub. Həmçinin, tələbələri sosial şəbəkələrdə boşuna vaxt sərf etməkdənsə, zamanı kitab oxumağa xərcləməyə səsləyib.

 

Sonra tədbir debat, sual-cavab formatında davam edib. Kollecin tələbələri ən çox sevdikləri kitablardan, bədii əsər qəhrəmanlarından danışaraq oxuduqları kitablardan sitatlar gətiriblər.

 

Qeyd edək ki, təhsil naziri Ceyhun Bayramovun verdiyi əmrə əsasən hər il aprel ayının 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə respublikanın rayon və şəhərlərində ümumi təhsil müəssisələrinin iştirakı təmin olunmaqla kütləvi “Oxu günü” tədbiri keçiriləcək.