“Təmiz ölkəm” layihəsi

“Təmiz ölkəm” layihəsi

Start

End

“Təmiz ölkəm” layihəsi çərçivəsində 14.09.2024-
cü il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ,SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşlarının iştirakı ilə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində Xəzər dənizi sahil zolağında təmizlik aksiyası keçirilmişdir. Ümumilikdə 124 nəfərin iştirakı ilə keçirilən təmizlik aksiyasında Corat qəsəbə ərazisində 5 ha ərazi bərk məişət tullantılarından təmizlənmişdir. Aksiya zamanı təxminən 560 kq plastik tullantılar,sintetik torlar, polietilen torbalar və digər məişət tullantıları yığılaraq zərərsizləşdirilməsi üçün Sumqayıt şəhər tullantı poliqonuna daşınmışdır.