Start
End
Sumqayıt şəhərində Yaşıl Dünya Naminə Həmrəylik İlində genişmiqyaslı ağacəkmə aksiyası uğurla həyata keçirildi. Ölkəmizin ev sahibliyi edəcəyi COP29 tədbirinə həsr olunan bu aksiya çərçivəsində Sumqayıt Dövlət Texniki Kolleci rəhbərliyi, müəllimləri və tələbələri də iştirak edərək, ayrılmış ərazilərdə kütləvi ağacəkmə işləri həyata keçirdilər. Aksiyanın məqsədi ekoloji tarazlığın qorunması və yaşıl dünyamıza töhfə verməkdir. Hər bir iştirakçı, təbiəti qorumağın və gələcək nəsillərə yaşıl bir dünya miras qoymağın vacibliyini bir daha vurğuladı.