İsmayılov Mehman Oruc oğlu

İsmayılov Mehman Oruc oğlu

Tərbiyə işləri üzrə direktor müavini

İsmayılov Mehman Oruc oğlu 1971-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.

1988-ci ildə Sumqayıt şəhər 31 saylı orta məktəbi bitirmişdir.

1988-ci ildə Azərbaycan Politexnik İnstitutunun “Nəqliyyatda daşımaların və idarəetmənin təşkili” ixtisasına qəbul olmuş və 1993-ci illərdə İnstitutu bitirmişdir.

1996-cı ildə Sumqayıt Politexnik Texnikumunda müəllim kimi işə başlamışdır.

2004-cü ildə Sumqayıt Texnologiya Texnikumunda qiyabi şöbənin metodisti təyin edilmişdir.

2015-ci ildə kollecin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Bir neçə elmi məqalənin və metodiki işlərin müəllifidir.

2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. 2 övladı var.