Pirquliyeva Mətanət Səfər qızı

Pirquliyeva Mətanət Səfər qızı

Direktor

Pirquliyeva Mətanət Səfər qızı 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Aralıq kəndində anadan olub. 1980-ci ildə Sumqayıt şəhər 17 saylı orta məktəbi bitirmişdir. 1982-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakultəsinə qəbul olmuş, 1988-ci ildə həmin ixtisas üzrə universiteti bitirmişdir. 1984-cü ildən 1996-cı ilədək Azərbaycan Elmlər Akademiyasının Polimer Materiallar (Xlor Üzvi Sinez) Elmi – tədqiqat institutunda laborant, baş laborant vəzifələrində çalışmış, 1994-cü ildə həmin institutun aspiranturasına qiyabi şöbəyə daxil olmuş, 2000-ci ildə isə disertasiya müdafiə edərək kimya elmləri üzrə fəlsəfə doktoru adını almışdır.

1996 – 2000-ci illərdə Əziz Əliyev adına Sumqayıt Tibb Kollecində metodist,         2000 – 2004-cü illərdə isə tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışmışdır.

09.06.2004-cü il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin sərəncamı ilə Sumqayıt Dövlət Texniki Kollecinin direktoru təyin edilmişdir.

2009-cu ildən Sumqayıt şəhər Bələdiyyəsinin üzvüdür.

Mükafatları: “Təhsil Nazirliyinin qabaqcıl təhsil işçisi” döş nişanı (20.10.2009-cu il),      – kollecin 50 illik yubileyi münasibəti ilə, “Əməkdar müəllim” fəxri adı (20.12.2017-ci il) – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.

Ailəlidir. İki övladı, bir nəvəsi var.