QEYDİYYAT, QİYMƏTLƏNDİRMƏ VƏ MONİTORINQ ŞÖBƏSİ HAQQINDA

Binnətova Rəna Məhəmməd qızı 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2001-ci ildə Sumqayıt şəhəri 34 saylı orta məktəbi bitirmişdir. 2007-ci ildə Sumqayıt Dövlət Universitetinin “Bioloq, biologiya müəllimliyi” üzrə bakalavr təhsilini,  2016-cı ildə isə  Gəncə Dövlət Universitetinin “Botanika” ixtisası üzrə magistr təhsilini bitirmişdir. 2007-ci ildən Sumqayıt Dövlət Texniki Kollecində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 2016-cı ilin sentyabr ayından “Qeydiyyat, qiymətləndirmə və monitorinq” şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 dekabr tarixli 354 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın icrası barədə Təhsil Nazirliyinin 31.12.2014-ci il tarixli 101 nömrəli əmrinə əsasən Sumqayıt Dövlət Texniki Kollecində 2014/2015-ci tədris ilindən başlayaraq tədrisin kredit sisteminə keçirilməsi təmin olunmuşdur.

Fəaliyyətimiz təsdiq olunmuş iş planına əsasən bir neçə istiqamət üzrə həyata keçirilməkdədir:

  • əyani və qiyabi şöbələr üzrə tələbələrin qeydiyyatının aparılması, tədris ilinin başlanğıcında Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” və bu qərara edilmiş dəyişikliklər barədə tələbələrə ətraflı məlumatın  verilməsi və təqdimatların keçirilməsi,
  • ixtisaslar üzrə tədris qrafikinin (Forma 2) hazırlanması, ixtisasların illik işçi tədris planının (Forma 3) hazırlanması, tələbələrə fərdi tədris planının (Forma 4) hazırlanmasında yaxından köməklik göstərilməsi,
  • akademik borcu olan tələbələrin ərizələri əsasında borclarının ləğvi üçün alt qruplarda oturulmasının təşkili,
  • kredit sistemi ilə dərs keçən müəllimlərə sillabus və müəllimin illik işçi tədris planının (Forma 5) hazırlanmasında köməklik edilməsi,
  • kollec üzrə fəaliyyət göstərən şöbələrin,  fənn birləşmə komissiyalarının və müəllimlərin kodlaşdırılması, həmçinin şöbələr və ixtisaslar üzrə tələbələrin kodlaşdırılmasının aparılması,
  • müəllimlər tərəfindən tələbələrin sərbəst işləri üçün tərtib olunmuş xüsusi cədvəlin fənn birləşmə komissiyası sədrinə təhvil verilməsi və sərbəst işlərin yerinə yetrilməsinə nəzarət edilməsi,
  • fənnlər üzrə kollokvium suallarının hazırlanmasına və kollokviumların keçirilməsinə nəzarət edilməsi.