Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində təhsil alan tələbələrinin nəzərinə!

Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində təhsil alan tələbələrinin nəzərinə!

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında operativ qərargahın MƏLUMATI

Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədəAzərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə:

1. 2020-ci il martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprel ayının 20-i müəyyən edilir) Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılsın və bununla bağlı bütün tədbirlər təxirə salınsın.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı olan zəruri tədbirlərin görülməsini təmin etsinlər.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Görülən tədbirlərlə əlaqədar olaraq, dərslərin müvəqqəti dayandırıldığını nəzərə alaraq Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində tədris olunan dərslərin davam etdirilməsi üçün akademik təqvim fənnlər  bölməsində http://sdu-sdtk.edu.az/f%c9%99nnl%c9%99r/      kecirilən  fənnlərin mühazirələrdən istifadə edə bilərsiniz.

Hörmətli SDU nəzdində SDTK-nın tələbələri! Sizi tədrisinizi davam etdirməyə dəvət edirik http://sdu-sdtk.edu.az/f%c9%99nnl%c9%99r/