Xocalı faciəsi bəşəriyyətin, insanlığın faciəsidir. 20-ci əsrin üz ləkəsidir. Erməni faşizmin etnik azərbaycanlılara qarşı yönəltdiyi soyqırım aktıdır.
Dünya birliyi bu ədalətsizliyə, soyqırım hadisəsinə sussa da, biz azərbaycalılar bu dəhşəti, bu faciəni heç vaxt unutmuyacayıq!
SDU nəzdində Sumqayıt Dövlət Kolleci olaraq Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirik.
Qeyd edək ki, video material Kollecin ” Kitabxana müdiri” yazıçı Günel Eyvazlı tərəfindən hazırlanıb.
Kollecimizin bir neçə müəllim və tələbəsi Sumqayıt şəhərində şəhidlərin xatirəsinə ucaldılmış abidəni, Şəhidlər Xiyabanını ziyarət etdi, abidə önünə gül dəstələri qoydular.
Kollecin akt zalında 20 yanvar faciəsinin 30-cu il dönümü ilə əlaqədar tədbir keçirildi. 20 yanvar şəhidlərinə həsr olunmuş videoçarx nümayiş etdirildi, tələbələrimiz mövzu ilə bağlı çıxışlar etdilər, öz münasibətlərini bildirdilər.