SDTK Həmkarlar İttifaqı Komitəsi – orta ixtisas təhsilli subbakalavr mütəxəsislərinin hazırlanmasını həyata keçirən SDU nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin 1959-cu ildən müxtəlif adlarla mövcud olduğu dövrdən fəaliyyət göstərir. Həmkarlar İttifaqı Komitəsi mövcud olduğu dövr ərzində təşkilat kimi həm kəmiyyət,həm də keyfiyyətcə dəyişərək bu günki səviyyəyə çatmışdır.Müəllim-işçi və tələbə heyətini öz sıralarında birləşdirən təşkilatın üzvlərinin sayı 821 nəfərdir.
Sumqayıt Dövlət Texniki Kolleci Həmkarlar İttifaqı Komitəsi kollecdə oxuyan və işləyən ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, işəgötürənlə əməkdaşlıq çərçivəsində ittifaq üzvlərinin mənafelərini təmsil etməsi, kollektiv danışıqların aparılması, kollektiv müqavilələrin s bağlanması və onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi,ittifaq üzvlərinin, onların ailə üzvlərinin sağlamlığına qayğı göstərilməsi, onların pensiya təminatının, sanatoriya, kurort müalicəsinin və istirahətlərinin təşkil edilməsi, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, əməyin mühafizəsinə, ətraf mühitə, sağlamlığa mənfi təsir göstərən faktorların aradan qaldırılmasına, üzvlərinin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə ictimai nəzarətin təşkil edilməsi, həmkarlar ittifaqı fəallarının təhsilinin artırılması, həmkarlar ittifaqı üzvlərinə metodiki informasiya, hüquqi, maddi və digər yardım növlərinin göstərilməsi və s. işlərlə məşğul olur.
Sumqayıt Dövlət Texniki Kolleci Həmkarlar İttifaqı Komitəsi ilə kollecin rəhbərliyi arasında olan işgüzar münasibətlər hər üç ildən bir imzalanan kollektiv müqavilə ilə tənzimlənir.
2014-cü ildə Sumqayıt Dövlət Texniki Kolleci “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” müsabiqəsinin nəticələrinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Müxtəlif vaxtlarda kollecin həmkarlar ittifaqı komitəsinə Ə.Əliyeva, T.İsmayılov, Ş.Nəbiyev, Z.Fətdayeva rəhbərlik etmişlər. 2012-ci ildən İsmayıl Feyzullayev Kollec Həmkarlar İttifaqı Komitəsinin sədridir.