Qasımov Samiddin Həmzə oğlu 1969 –cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad Rayonunda anadan olmuşdur. 1986-cı ildə orta məktəbi bitirmişdir. 1987-1989-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1998-ci ildə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Qazi Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirmişdir.
1999-cu ildə Sumqayıt Politexnik Texnikumunda müəllim kimi işə başlamışdır. 2002-ci ildə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat fakültəsində Magistraturanı bitirmişdir.
2005-ci ildə Sumqayıt Dövlət Texniki Kollecində Şöbə Müdiri vəzifəsinə təyin edilmişdir. Sumqayit Dövlət Univrsitetinin doktorantıdır.
Bir neçə elmi məqalənin və metodiki işin müəllifidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir 3 övladı var.
Şöbə müdiri Qasımov Samiddin Həmzə oğlu 2005-ci ildən şöbəyə rəhbərlik edir. Şöbə 2005-ci ildə “Yol polisi və Gömrük”, 2007-ci ildə “Gömrük və Kompyüter”, 2017–ci ildən isə “Ekologiya və Kompyüter ” şöbəsi adlanır. Şöbədə hal –hazırda 332 tələbə təhsil alır.
Şöbədə aşağıdakı ixtisaslar fəaliyyət göstərir:
- 040562 – Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət
- 040546 –Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı
- 040545–Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti
- 040580 –Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə