Təbiətin Qoruyucuları: Gənclər Ekoloji Liderliyə Doğru

Təbiətin Qoruyucuları: Gənclər Ekoloji Liderliyə Doğru

Start

End

Sumqayıt Dövlət Texniki Kollecində COP29 tədbiri çərçivəsində tələbələri məlumatlandırmağa həsr olunmuş 🍃”Təbiətin Qoruyucuları: Gənclər Ekoloji Liderliyə Doğru” adlı ekoloji təlim proqramı böyük uğurla keçirildi.🍃
Təbiətin qorunması mövzusunda əhəmiyyətli müzakirələr aparılan bu tədbir, gənclərin ekoloji liderlik bacarıqlarını inkişaf etdirməyə yönəlmişdi.🌿 Təlim çərçivəsində iştirakçılar ekoloji problemlərə dair real həll yollarını öyrəndi və cəmiyyətə xidmət etməklə liderlik bacarıqlarının necə gücləndiriləcəyini müzakirə etdilər. Eyni zamanda, davamlı ekoloji layihələrin həyata keçirilməsi üçün zəruri olan vasitələr və qlobal ekoloji təşəbbüslərə qoşulma yolları barədə dəyərli məlumatlar əldə etdilər.
Tədbirin xüsusi məqamlarından biri də ölkəmizin ev sahibliyi edəcəyi COP29 konfransı haqqında məlumat verilməsi idi. Gənclər qlobal ekoloji məsələlərdə iştirakın əhəmiyyətini anlayaraq, yerli səviyyədə nələr edə biləcəkləri barədə fəal şəkildə müzakirələr apardılar. Təlim zamanı iştirakçılar qrup işləri həyata keçirərək, təqdimatlarla çıxış edərək ekoloji problemlərin həlli yollarını birgə müzakirə etdilər.

Bu təlim proqramı, gənclərin ətraf mühitin qorunmasında fəal iştirakını təşviq etməklə yanaşı, onların gələcəkdə ekoloji lider kimi yetişməsinə zəmin yaratdı. Famil Pirəliyev – Sumqayıt şəhərinin ekoloji səfiri kimi təlimin əsas mentorlarından biri olmaqla, gənclərə liderlik bacarıqları və ekoloji fəallığın yolları haqqında geniş məlumat verdi.

Təlim iştirakçıları, bu cür tədbirlərin davamlı olaraq təşkil edilməsinin zəruriliyini vurğulayaraq, gələcəkdə ekoloji liderlik sahəsində daha fəal olacaqlarına inamlarını ifadə etdilər.🌍💚!