COP29 və iqlim dəyişikliyi ilə bağlı maarifləndirmə mövzusunda seminar keçirilmişdir

COP29 və iqlim dəyişikliyi ilə bağlı maarifləndirmə mövzusunda seminar

Start

End

17 Sentyabr 2024-cü il tarixdə SDU nəzdində Sumqayıt Dövlət Texniki Kollecində Kimya və biologiya fənn birləşmə komissiyasının təşkilatçılığı ilə müəllim və tələbələrin iştirakı ilə Elm və Təhsil Nazirliyinin 2024-cü il üçün Tədbirlər Planına uyğun olaraq COP29 və iqlim dəyişikliyi ilə bağlı maarifləndirmə mövzusunda seminar keçirilmişdir. Seminarda “COP29 nədir?”, iqlim böhranının təsir etdiyi amillər: buzlaqların əriməsi, plastik tullantılar, istixana qazları, qlobal istiləşmənin flora və faunaya təsiri, içməli suda yaranan problemlər, “Kioto” və “Paris” iqlim sazişi kimi mövzular müzakirə edilmişdir.