Start
End
SDU nəzdində Sumqayıt Dövlət Texniki Kolleci Publik Hüquqi Şəxsin Kitabxanasında 06 dekabr tarixində “Kitab oxumaq niyə vacibdir?” mövzusunda müzakirə-debat keçirilmişdir. Müzakirədə Kollecin tələbələri, kitabsevərlər iştirak etmişdirlər.
Tədbiri giriş sözüylə açan kitabxana müdiri, yazıçı Günel Eyvazlı (Əlizadə) dünya yazarları, Azərbaycan ədəbiyyatı, tarix, incəsənət yönümlərinin inkişafı, kitab oxusu, musiqi zövqünün formalaşması üçün nə etməyin doğru olması, oxu vərdişinin formalaşması, kitabxanaların bugünkü durumu, dünyaya elm və incəsənət yönündən töhfə vermiş elm adamları, yazarlar haqqında söz açmış, insan yaratımının insanın özündən başlaması haqqında danışmış, tələbələri müzakirəyə dəvət etmişdir. Çıxışın ardından kitabxanaçı Güllü Alməmmədova oxucuları kitab oxusuna cəlb etmək üçün üç qadın yazıçı və onların əsərləri haqqında qısa məlumat vermişdir.
Tədbir boyunca tələbələr mövzu ətrafında fikir yürütmüş, tələbələrdən Məhərrəmov Abdulla və digərləri bildikləri şeir nümunələrini söyləmişdirlər.
Müzakirələrarası video çarxlar izlənilmiş, şairlərin şeirləri dinlənilmişdir.