2020/2021-ci tədris ilində kollecə qəbul olunan tələblərin nəzərinə

2020/2021-ci tədris ilində kollecə qəbul olunan tələblərin nəzərinə

Elan

2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş şəxslər Dövlət imtahan Mərkəzinin müəyyən etdiyi müddətdə sənədləri qəbul olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Ölkədəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq tələbələrin təhsil müəssisələrində qeydiyyat prosesinin elektron qaydada həyata keçirilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemində qeydiyyat platforması yaradılmışdır. Bu məqsədlə birinci tədris ili tələbələrin https://www.e-telebe.edu.az portalına müraciət etmələri tələb olunur.

Məlumat üçün bildirmək istəyirik ki, elektron qeydiyyat prosesində təhsil sisteminə daxil olan birinci tədris ili tələbələri sırasından olan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr müəyyən ediləcək və həmin tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmayacaqdır.