Sumqayıt Dövlət Texniki Kollecinin mühasibatlığı büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatların “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər normativ-hüquqi aktlara uyğun uçot işlərini aparır.
Kollecin mühasibatlığı xərclər smetalarının icrasına, müəssisələrarası hesablamalara, pul vəsaitlərinin və maddi qiymətlilərin saxlanmasına, öhdəliklərin icrasına və digər maliyyə-təsərrüfat faktlarının düzgünlüyünə daimi nəzarəti təmin edir.
Büdcə və xüsusi vəsaitlər üzrə xərclər smetalarının mühasibat uçotu “Büdcədən maliyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair məlumat”a uyğun olaraq, vahid balansda aparılır.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 13 yanvar 2009-cu il tarixli, 1-05 nömrəli əmri ilə təsdiq edilmiş “Büdcə təşkilatları üçün 24 adda Milli Mühasibat uçotu standartları”na uyğun hesabatların təqdim olunmasına 2010-cu ildən başlanmışdır.
Bütün mühasibat işləri mühasibat proqramları əsasında qurularaq 3 kompüterdə işlənir.
Mühasibatlıqda ştat olaraq 3 işçi çalışır. İşçilər arasında işin həcmindən və funksional əlamətlərindən asılı olaraq, xidməti vəzifələrin bölgüsü əsasında iş aparılır.
Mühasibatın baş mühasibi – Abaslı Xatirə Cavanşir qızı mühasibat uçotu və hesabatların təşkilinə rəhbərlik edir və xərclər smetasanın icrasına və xüsusi vəsaitlərin hərəkətinə daim nəzarət edir, hesabatların hazırlanması, bank maliyyə sənədlərinin pul köçürmələrini həyata keçirir.
Mühasib Ramazanova Olqa Nikolayevna mal-material, inventar avadanlıqların uçotu, ödənişli əsaslarla təhsil alan tələbələrin uçotunu, tələbə təqaüdü, plastik kartların alınması işlərini aparır.
Hesablayıcı mühasib əməkhaqqı, saathesabı əmək haqqı və müavinət işləri üzrə çalışır.
Sumqayıt Dövlət Texniki Kollecinin işçilərinin bütün əməkhaqqı, təqaüdlər və başqa ödənişləri plastik kartlar vasitəsilə ödənilir.