“Avtomobil nəqliyyatı və energetika” şöbəsi

Şöbə müdiri Musayeva Sevda Fərəc qızı 2006-cı ildən etibarən Sumqayıt Dövlət Texniki Kollecində riyaziyyat müəllimi, 2011-ci ilin sentyabr ayından qiyabi şöbənin metodisti, 2015-ci ilin sentyabr ayından “Qeydiyyat, qiymətləndirmə və monitorinq” şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

Mart 2015-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Maliyyə və uçot” jurnalının 3-cü buraxılışında “Təşkilatlarda rentabelliyin təhlili problemləri”, aprel 2015-ci il də isə Sumqayıt Dövlət Universitetinin Elmi xəbərlər jurnalının 2-ci buraxılışında “Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətlilik səviyyəsinin qiymətləndirilməsi” mövzularında məqalələri dərc edilmişdir. 2016-cı ildə isə “Biznesin təşkili və idarə edilməsi” (MBA) ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin magistraturasını bitirmişdir.

2016-cı ilin sentyabr ayından “Avtomobil nəqliyyatı” şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 2017-ci ilin sentyabr ayından etibarən kollecdaxili əmrə əsasən şöbənin adı dəyişilərək “Avtomobil nəqliyyatı və energetika” adlandırılmışdır.

Şöbədə hal –hazırda 331 tələbə təhsil alır və aşağıdakı ixtisaslar fəaliyyət göstərir:

  1. 040529 Nəqliyyatda daşımaların təşkili
  2. 040510 Elektrik təchizatı.

Buraya aşağıdakı ixtisaslar daxildir:

040529 – Nəqliyyatda daşımaların təşkili            

040510 – Elektrik təchizatı                                 


Mühasibat uçotu və pedaqogika şöbəsi

“Mühasibat uçotu və pedaqogika” şöbəsi

«Mühasibat uçotu və Pedaqogika» şöbəsinin əsası 1995-ci ildə qoyulmuşdur. 2010-cu ilə qədər «Əmək təlimi və iqtisadiyyat», 2016-cı ildə qədər «Mühasibat uçotu və texnologiya» və 2017-ci ildən «Mühasibat uçotu və Pedaqogika» şöbəsi kimi fəaliyyət göstərir. Hazırda şöbə müdiri Fətdayeva Zərxanım Həşim qızıdır. 2011-ci ildən bu vəzifədə çalışır. Tədris əyani formada aparılır. Şöbədə 299 tələbə, onlardan 160-ı ödənişli əsaslarla təhsil alır.

«Mühasibat uçotu və Pedaqogika» şöbəsində tədris aşağıdakı 5 ixtisas üzrə aparılır:

  1. Mühasibat uçotu
  2. Maliyyə işi
  3. Məktəbəqədər təlim və tərbiyə
  4. Tikiş məmulatlarının texnologiyası

040401 –Mühasibat uçotu                                  

040402 –Maliyyə işi                                           

040569 –Tikiş məmulatlarının  texnologiyası        

040110 –Məktəbəgədər təlim və tərbiyə 


Ekologiya və Kompüter şöbəsi

Şöbə müdiri Qasımov Samiddin Həmzə oğlu  2005-ci ildən şöbəyə rəhbərlik edir. Şöbə  2005-ci ildə “Yol polisi və Gömrük”, 2007-ci ildə “Gömrük və Kompyüter”, 2017–ci ildən isə  “Ekologiya və Kompyüter ” şöbəsi  adlanır.  Şöbədə hal –hazırda 332 tələbə təhsil alır.

Şöbədə aşağıdakı ixtisaslar fəaliyyət göstərir:

  1. Avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram təminatı.
  2. Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti.
  3. Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət.
  4. Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə

040562 – Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət                                       

040546 –Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı    

040545–Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti&rdquo   

040580 –Ətraf  mühitin  qorunması və təbii ehtiyatlardan səmərəli istifadə


Qiyabi  şöbə

Qiyabi şöbəsinin metodisti Bayramova  Sevinc Qadir qızı 1999-cu ildə Sumqayıt Politexnik Texnikumunda “İnformatika” fənni üzrə müəllim kimi fəaliyyətə başlamışdır.

2000-ci ildən isə Sumqayıt Texnologiya Texnikumunda “İnformatika” üzrə müəllim vəzifəsində çalışmışdır.

2016-cı ildə Sumqayıt Dövlət Texniki Kollecində qiyabi şöbədə metodist vəzifəsinə təyin edilmişdir.  Yeni Azərbaycan Partiyasının üzvüdür.

Qiyabi təhsil tələbələrin öz iş yerindən ayrılmadan aparılan bir təhsil formasıdır. Qiyabi təhsil forması mütəxəssislərin hazırlanmasında dövlət standartlarına uyğun şəkildə aparılır. Bu mərhələ-mərhələ xarakterizə olunur. Birinci mərhələdə məlumat bazası, tədris ədəbiyyatı və onun öyrənilməsi, ikincisi mərhələdə isə əldə edilmiş materialın yoxlanılmasıdır (laboratoriya-imtahan sessiyası).

Başlanğıcda qiyabi təhsil yalnız hər hansı bir səbəbdən ötəri müntəzəm dərslərdə iştirak etmək imkanına malik olmayan tələbələr üçün tətbiq edilmişdir. Qiyabi təhsildə ildə iki dəfə payız və yaz sessiyaları keçirilir.

Qiyabi təhsil əyani təhsilə nisbətən daha əlverişlidir. Qiyabi təhsildə tələbələr yalnız işləməklə pul qazanmaq üçün deyil, həmdə özünü inkişaf etdirmək üçün daha səmərəlidir. Məsələn: xarici dil öyrənmək, peşəkar kurslarda və seminarlarda iştirak etmək üçün imkanlar yaradır.

Sumqayıt Dövlət Texniki Kollecində də tədris əyani və qiyabi formada aparılır. Qiyabi şöbə kollec yaranan gündən, yəni 1959-cu ildən fəaliyyət göstərir. Hal -hazırda qiyabi şöbədə aşagıdakı ixtisaslar vardır:

  1. 040529 –Nəqliyyatda daşımaların təşkili             
  2. 040530 –Yol hərəkətinin təşkili                            
  3. 040510– Elektrik təchizatı                                  
  4. 040401 –Mühasibat uçotu                                  
  5. 040402 – Maliyyə işi                                       
  6. 040545– Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti
  7. 040580 –Ətraf  mühitin  qorunması və təbii ehtiyatlardan səmərəli istifadə   

040529 –Nəqliyyatda daşımaların təşkili”             

040530 –Yol hərəkətinin təşkili                            

040510– Elektrik təchizatı                                  

040401 –Mühasibat uçotu                                  

040402 – Maliyyə işi                                       

040545– Kompüter şəbəkələrinin və hesablama
texnikasının təmiri və servis xidməti                

040580 –Ətraf  mühitin  qorunması və təbii ehtiyatlardan
səmərəli istifadə