Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin karyera Mərkəzi “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İnsan kapitalı işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planı” və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03-11-265/15 nömrəli məktubuna əsasən, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin Karyera Mərkəzinin Əsasnaməsi, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin Pedaqoji Şurasının 11.03.2021-ci il tarixli iclasının 05 protokoluna əsasən ictimai əsaslarla yaradılmışdır. Kollecin müəllimi Zəhra Avtandil qızı Osmanova Karyera mərkəzinin müdiri vəzifəsinə təyin edilmişdir.

Karyera Mərkəzi öz fəaliyyətini mövcud qanunvericiliyə uyğun olaraq, dövlət və özəl müəssisələrlə bağlanmış sazişlər və müqavilələr əsasında həyata keçirməyi nəzərdə tutur.

Dünya təcrübəsində kolleclərin və eləcə də ixtisasların, şöbələrin reytinqinin müəyyən edilməsində,məzunların işlə təmin edilməsi ən vacib göstəricilərdən biri hesab edilir. Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci tələbələrin yüksək təhsil almalarını təmin etməklə yanaşı,onlara gələcək karyera qurmalarında da yardımçı olur. Kollecimizin missiyaları sırasına tələbələrin öz ixtisasları üzrə uğurlu karyera qurmalarına kömək etmək,mövcud vakansiyalar barədə bilgiləndirmək də daxildir.

Karyera Mərkəzinin əsas məqsədlərindən biri yüksək ixtisaslı,peşəkar mütəxəssislərin hazırlığı prosesində tədrislə istehsalat arasında daha sıx əlaqələrin yaradılması,tələbələrin,eləcədə məzun olmuş gənclərin məşğulluq probleminin həllinə köməkliyin göstərilməsidir ki,bu sahədə də yarmarkaların təşkili və keçirilməsi mühüm rol oynayır.

Karyera Mərkəzinin yaradılmasının başlıca məqsədi gənclərin bilik,praktiki bacarıq və vərdişlərinin artırılması,onların məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks təşkilati, texniki,informasiya, tədris və maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.

KARYERA MƏRKƏZİNİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

1. Karyera Mərkəzinin internet portalının yaradılması və tələbələrin elektron məlumat bazasının hazırlanması

2. Gənclər üçün əmək yarmarkalarının təşkil edilməsi və keçirilməsi

3. Gənclərin karyera və peşə seçimlərini dəstəkləmək

4. İstehsalat və pedaqoji təcrübələrin təşkilində iştirak etmək

5. Tələbələri peşəkar həyata doğru yönləndirmə