foto ekologiya və kompüter şöbəsinin müdiri - qasımov samiddin

Qasımov Samiddin Həmzə oğlu 1969 –cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad Rayonunda anadan olmuşdur. 1986-cı ildə orta məktəbi bitirmişdir. 1987-1989-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1998-ci ildə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Qazi Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirmişdir.

1999-cu ildə Sumqayıt Politexnik Texnikumunda müəllim kimi işə başlamışdır. 2002-ci ildə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat fakültəsində Magistraturanı bitirmişdir.

2005-ci ildə Sumqayıt Dövlət Texniki Kollecində Şöbə Müdiri vəzifəsinə təyin edilmişdir. Sumqayit Dövlət Univrsitetinin doktorantıdır.

Bir neçə elmi məqalənin və metodiki işin müəllifidir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir 3 övladı var.

Şöbə müdiri Qasımov Samiddin Həmzə oğlu  2005-ci ildən şöbəyə rəhbərlik edir. Şöbə  2005-ci ildə “Yol polisi və Gömrük”, 2007-ci ildə “Gömrük və Kompyüter”, 2017–ci ildən isə  “Ekologiya və Kompyüter ” şöbəsi  adlanır.  Şöbədə hal –hazırda 332 tələbə təhsil alır.

Şöbədə aşağıdakı ixtisaslar fəaliyyət göstərir:

 

  • 040562 – Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət
  • 040546 –Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı
  • 040545–Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti
  • 040580 –Ətraf  mühitin  qorunması və təbii ehtiyatlardan səmərəli istifadə