Qiyabi şöbəsinin metodisti Bayramova  Sevinc Qadir qızı 1999-cu ildə Sumqayıt Politexnik Texnikumunda “İnformatika” fənni üzrə müəllim kimi fəaliyyətə başlamışdır.

2000-ci ildən isə Sumqayıt Texnologiya Texnikumunda “İnformatika” üzrə müəllim vəzifəsində çalışmışdır.

2016-cı ildə Sumqayıt Dövlət Texniki Kollecində qiyabi şöbədə metodist vəzifəsinə təyin edilmişdir.  Yeni Azərbaycan Partiyasının üzvüdür.

Qiyabi təhsil tələbələrin öz iş yerindən ayrılmadan aparılan bir təhsil formasıdır. Qiyabi təhsil forması mütəxəssislərin hazırlanmasında dövlət standartlarına uyğun şəkildə aparılır. Bu mərhələ-mərhələ xarakterizə olunur. Birinci mərhələdə məlumat bazası, tədris ədəbiyyatı və onun öyrənilməsi, ikincisi mərhələdə isə əldə edilmiş materialın yoxlanılmasıdır (laboratoriya-imtahan sessiyası).

Başlanğıcda qiyabi təhsil yalnız hər hansı bir səbəbdən ötəri müntəzəm dərslərdə iştirak etmək imkanına malik olmayan tələbələr üçün tətbiq edilmişdir. Qiyabi təhsildə ildə iki dəfə payız və yaz sessiyaları keçirilir.

Qiyabi təhsil əyani təhsilə nisbətən daha əlverişlidir. Qiyabi təhsildə tələbələr yalnız işləməklə pul qazanmaq üçün deyil, həmdə özünü inkişaf etdirmək üçün daha səmərəlidir. Məsələn: xarici dil öyrənmək, peşəkar kurslarda və seminarlarda iştirak etmək üçün imkanlar yaradır.

Sumqayıt Dövlət Texniki Kollecində də tədris əyani və qiyabi formada aparılır. Qiyabi şöbə kollec yaranan gündən, yəni 1959-cu ildən fəaliyyət göstərir. Hal -hazırda qiyabi şöbədə aşagıdakı ixtisaslar vardır:

  1. 040529 –Nəqliyyatda daşımaların təşkili             
  2. 040530 –Yol hərəkətinin təşkili                            
  3. 040510– Elektrik təchizatı                                  
  4. 040401 –Mühasibat uçotu                                  
  5. 040402 – Maliyyə işi                                       
  6. 040545– Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti
  7. 040580 –Ətraf  mühitin  qorunması və təbii ehtiyatlardan səmərəli istifadə