foto avtomobil nəqliyyatı şöbəsinin müdiri - sevda musayeva

Şöbə müdiri Musayeva Sevda Fərəc qızı 2006-cı ildən etibarən Sumqayıt Dövlət Texniki Kollecində riyaziyyat müəllimi, 2011-ci ilin sentyabr ayından qiyabi şöbənin metodisti, 2015-ci ilin sentyabr ayından “Qeydiyyat, qiymətləndirmə və monitorinq” şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

2016-cı ildə isə “Biznesin təşkili və idarə edilməsi” (MBA) ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin magistraturasını bitirmişdir.

2016-cı ilin sentyabr ayından “Avtomobil nəqliyyatı və energetika” şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 2017-ci ilin sentyabr ayından etibarən kollecdaxili əmrə əsasən şöbənin adı dəyişilərək “Avtomobil nəqliyyatı və energetika” adlandırılmışdır.

Şöbədə hal –hazırda 331 tələbə təhsil alır və aşağıdakı ixtisaslar fəaliyyət göstərir:

 

  • 040529 – Nəqliyyatda daşımaların təşkili 

  • 040510 – Elektrik təchizatı