foto mühasibat uçotu və pedaqogika şöbəsinin müdiri - fətdayeva zərxanım

Fətdayeva Zərxanım Həşim qızı 1962-ci ildə Sumqayıt şəhərində anadan olub. 1979-cu ildə Sumqayıt şəhəri 15 saylı orta məktəbi bitirmişdir.1980-ci ildə Bakı Dövlət İqtisad Universitetinin “Xalq təsərrüfatının planlaşdırılması “ fakultəsinə qəbul olmuş,1985-ci ildə ” iqtisadçı “ ixtisası üzrə universiteti bitirmişdir.1981-ci ilədənSumqayıt Kimya zavodunda iqtisadçı  vəzifəsində çalışmışdır.1997-ci ildən Sumqayıt Dövlət Texniki Kollecində müəllim kimi fəaliyyətə başlamışdır.1998-ci ildən “Mühasibat uçotu” fənn birləşməsinin sədri, 2011-ci ildən isə “ Mühasibat uçotu və Pedaqogika ” şöbəsinin müdiri təyin edilmişdir.

Mükafatları: “ Təhsil Nazirliyinin qabaqcil təhsil işçisi “ fəxri fərman 20.10.2009-cu il kollecin 50 illik yubileyi münasibətı ilə

“Təhsil Nazirliyinin qabaqcıl təhsil işçisi ” döş nişanı-2019-cu il—kollecin 60 illik yubleyi münasibətı ilə.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir- 3 övladı var.

“Mühasibat uçotu və pedaqogika” şöbəsi

«Mühasibat uçotu və Pedaqogika» şöbəsinin əsası 1995-ci ildə qoyulmuşdur. 2010-cu ilə qədər «Əmək təlimi və iqtisadiyyat», 2016-cı ildə qədər «Mühasibat uçotu və texnologiya» və 2017-ci ildən «Mühasibat uçotu və Pedaqogika» şöbəsi kimi fəaliyyət göstərir. Hazırda şöbə müdiri Fətdayeva Zərxanım Həşim qızıdır. 2011-ci ildən bu vəzifədə çalışır.

Tədris əyani formada aparılır. Şöbədə 299 tələbə, onlardan 160-ı ödənişli əsaslarla təhsil alır.

«Mühasibat uçotu və Pedaqogika» şöbəsində tədris aşağıdakı 5 ixtisas üzrə aparılır:

 

  • 040401 –Mühasibat uçotu
  • 040402 –Maliyyə işi
  • 040569 –Tikiş məmulatlarının  texnologiyası
  • 040110 –Məktəbəgədər təlim və tərbiyə