Kollecimizdə Uilyam Şekspirə həsr olunmuş tədbir keçirilib

Kollecimizdə Uilyam Şekspirə həsr olunmuş tədbir keçirilib

Start

End

Ötən gün Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində “Heydər Əliyev – 100” illik çərçivəsində Avropa İntibah dövrünün ən parlaq nümayəndəsi, böyük ingilis dramaturqu Uilyam Şekspirə həsr olunmuş tədbir eçirilib. Drammaturqun əsərləri kollec səhnəsində tələbələr tərəfindən canlandırılıb.

Tədbiri giriş sözü Kollecin təlim-tərbiyə işləri üzrə direktor müavini Mehman İsmayılov açaraq Kollecdə “H.Əliyev-100” illik çərçivəsində bir çox tədbirlərin keçirilməsindən danışıb. Şekspirə həsr olunuş tədbirin keçirilməsində əməyi olan Kollec kitabxanasının işçilərinə, böyük mətnləri əzbərləyən tələbələrə öz təşəkkürünü bildirib. Ardından yazıçı,  kitabxana müdiri Günel Eyvazlı (Əlizadə) söz alaraq kitabxana tərəfindən keçirilən tədbirlər haqqında və bu tədbirlərin əsas məqsədinin tələbələri kitaba meyilləndirmək olması haqqında danışaraq, tədbiri açıq elan edib.

Sonda Sumqayıt şəhər Gənclər və İdman baş idarəsinin iş sektorunun müdiri Ceyhun Hüseynov, derektor müavini Əsəd Qurbanov, tədbirdə iştirak edən müəllimlər söz alaraq belə yüksək səviyyəli tədbilərin keçirilməsinin təqdirəlayiq hal olmasından danışıblar, əməyi olan hər kəsə təşəkkür edirblər.

Qeyd edək ki, Uilyam Şekspirə həsr olunmuş tədbirdə drammaturqun “Hamlet”, “Romeo və Cülyetta”, “Kral Lir”, “Otello” əsərlərindən parçalar səhnələşdirilib, sonetləri səsləndirilib.