“Qalib Xalqın Dastanı” adlı tədbir

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi

Start

End

26.05.2023-cü il tarixində Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, 28 May Müstəqillik Günü ilə əlaqədar Pedaqogika fənn birləşmə komissiyasının kollecin tələbələri ilə birgə hazırladıqları“Qalib Xalqın Dastanı” adlı tədbir keçirildi. Tədbirdə Sumqayıt Dövlət Texniki Kollecinin Direktoru Mətanət xanım Pirquliyeva, Sumqayıt Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov iştirak etdi. Tədbirdə ilk olaraq Sumqayıt Dövlət Texniki Kollecinin Tərbiyə işləri üzrə direktor müavini Mehman İsmayılov  hörmətli qonaqları və tədbir iştirakçılarını salamladı. O, çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ölkəmizin  bütün şəhər və rayonlarında, hər bir müəssisələrdə qeyd edilir və tədbirlərin təşkili bu ilin sonuna qədər  də davam etməkdədir. Kollecimizdə də bir sıra silsilə tədbirlər keçirilmiş, Ümummilli lider Heydər Əliyevin 100 illk yubileyinə həsr olunmuş müsabiqələr təşkil olunmuşdur. Tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Himni səsləndi, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra tələbələrin hazırladıqları flaşmob təqdim edildi. Ümummilli lider Heydər Əliyevin həyat fəaliyyəti ilə bağlı, Azərbaycanın tarixindəki müstəsna xidmətləri ilə bağlı məruzələrdən sonra tələbə “Heydər baba “ şeiri  ilə çıxış etdi. Sözləri Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Mətanət xanım Pirquliyevaya məxsus “ Sənin Əsərin” adlı mahnı səsləndi. Tələbələrin ifasında Azərbaycan milli rəqs, türk rəqsi, nağaranın müşayəti ilə ritmik rəqs ifa olundu.  Daha sonra tədbirin aparıcıları Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən Azərbaycan xalqının azadlıq uğrunda  uzun və mübarizələrlə dolu keçdiyi inkişaf yolundan danışdı. Tələbələrin ifasında Azərbaycanın dahi şəxsiyyətlərini canlandıran kiçik bir səhnəciyə tamaşa edildi, onların ifasında Azərbaycan, Ulu öndər Heydər Əliyevə aid müxtəlif şeirlər, və mahnılar səsləndi.

Tədbirin sonunda Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Mətanət xanım Pirquliyeva çıxış edərək  tədbirdə iştirak edən qonaqlara öz təşəkkürünü bildirdi. Ümummilli lider Heydər Əliyevin 100 illik Yubileyi ilə bağlı keçirilmiş İnşa müsabiqəsinin, Bilik Yarışının qalibləri, Azərbaycanı əks etdirən  və Ulu öndər Heydər Əliyevin portreti təsvir olunan rəsm əsərlərinin müəllifləri, tədbirdə fəal iştirak edən tələbələr  Mətanət Xanım Pirquliyeva tərəfindən Fəxri Fərmanla təltif olundu.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi