Hüseyn Cavidin 135 illik yubileyi

Hüseyn Cavidin 135 illik yubileyi

Start

End

Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində Azərbaycanın görkəmli dramaturqu, mütəfəkkir şairi Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Sumqayıt Poeziya Evinin rəhbəri İbrahim İlyaslı, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, Kollecin müəllim və tələbə heyəti istirak edib. Tədbiri giriş sözü ilə Kollecin təlim-tərbiyə işləri üzrə direktor müavini Mehman İsmayılov təhsil müəssisəsində ardıcıl olaraq Respublika əhəmiyyətli günlərin, bir çox bayramların qeyd olunmasından danışıb. Sonra tədbirin təşkilatçısı, gənc yazıçı Günel Eyvazlı Hüseyn Cavid haqqında olan fikirlərini tədbir iştirakçıları ilə bölüşərək tədbirin bədii hissəsini açıq elan edib.
Tədbirdə Hüseyn Cavidin müxtəlif illərdə qələmə aldığı şeirləri, qəzəlləri söylənilib, “Topal Teymur” pyesindən bir hissə tələbələr tərəfindən yüksək səviyyədə səhnələşdirilib, şairin həyatından bəsh edən kadrlar, Sovet ideologiyasının represiya qurbanına çevrilən dəyərli ziyalılara həsr olunmuş video çarx nümayiş olunub. Sonda Poeziya Klubunun rəhbəri İbrahim İlyaslı, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, Kollecin direktoru Mətanət Pirquliyeva tədbir haqqında, dahi mütəffəkir Hüseyn Cavid haqqında olan fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.