Nizami Gəncəvi lirikası

Nizami Gəncəvi lirikası” adlı tədbir

Start

End

3 dekabr 2021-ci il tarixində SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecində “Nizami Gəncəvi” ili ilə əlaqədar olaraq “Nizami Gəncəvi lirikası” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Kollecin Təlim-tərbiyə işləri üzrə direktor müavini Mehman İsmayılov açaraq tədbir iştirakçılarına – qonaqlara, müəllim və tələbə heyətinə “Nizami ili” ilə əlaqədar məlumat verib. Ölkə Prezidentinin qərarına əsasən 2021-ci ilin “Nizami Gəncəvi ili” adlandırılmasınadan və Kollecin kitabxanasının bu ədəbi-gecəni təşkil etməsindən söz açıb.

Ardından Kitabxana müdiri, yazıçı Günel Eyvazlı çıxış edərək Nizami Gəncəvinin dahilik zirvəsindən, onun yaradıcılığında yer tutan demokratik, yenilikçi fikirlərindən, tələbələrin lirik şeirlərə şövqlə, həvəslə hazırlaşmasından danışıb. Həmçinin Günel Eyvazlı, bu ilə töhvə olaraq bir yazıçı kimi bu yaxınlarda çap ediləcək “Şeyx Nizami” kitabından söz açıb, kitabın anonsunu verib.

Tədbirin gedişatı boyunca süjetlər göstərilib, Kollecin tələbələri Nizami Gəncəvinin lirik qəzəl və qəsidələrini səsləndiriblər.

 “Nizami Gəncəvi lirikası” adlı tədbir izləyicilər tərəfindən maraqla, alqışlarla qarşılanıb.

Qeyd edək ki, tədbirdə qonaq qismində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı da iştirak edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *